blog

BVI FINEVISION & SERENITY İnnovasiyaları

Retinalab şirkətinin təşkilatçılığı ilə “BVI FINEVISION & SERENITY İnnovasiyaları” adlı elmi-maarifləndirici tədbir keçirilib. Tədbir oftalmologiya sahəsində çalışan həkimləri bir araya gətirərək premium gözdaxili linza (İOL) texnologiyaları, klinik təcrübələr və müasir katarakt cərrahiyyəsi yanaşmaları ətrafında peşəkar fikir mübadiləsi üçün platforma yaradıb.

Tədbirin əsas spikeri Dr. Hussein Almuhtaseb olub. Onun təqdimatı zamanı BVI-nin FINEVISION® Premium Trifokal və ISOPURE SERENITY® gözdaxili linzaları, müasir İOL texnologiyalarının xüsusiyyətləri və klinik praktikada tətbiqi ilə bağlı məlumatlar iştirakçılarla bölüşülüb.

Proqram həkimlərin aktiv iştirakı, sual-cavab sessiyaları və klinik təcrübələr ətrafında aparılan müzakirələrlə davam edib. İnteraktiv format iştirakçılara premium İOL həlləri və müasir cərrahi yanaşmalar haqqında təcrübə və fikirlərini bölüşmək imkanı yaradıb.

Tədbir çərçivəsində Retinalab şirkətinin CEO-su Emil Səmədov da çıxış edərək şirkətin fəaliyyəti, BVI ilə əməkdaşlığı və oftalmologiya sahəsində gələcək inkişaf istiqamətləri haqqında məlumat verib.

Retinalab olaraq oftalmologiya sahəsində beynəlxalq təcrübənin və innovativ texnologiyaların yerli mütəxəssislərlə paylaşılmasına töhfə verməyi, həkimlər üçün elmi və peşəkar müzakirə imkanları yaratmağı fəaliyyətimizin mühüm istiqamətlərindən biri hesab edirik.

Tədbirimizdə iştirak edən bütün həkimlərimizə, həmçinin öz bilik və klinik təcrübəsini bizimlə bölüşdüyünə görə Dr. Hussein Almuhtaseb-ə təşəkkürümüzü bildiririk.