blog

Aurovue VIVID Təkmilləşdirilmiş EDOF Linzalarının Təqdimatı

13 iyul 2023-ci il tarixində  Həyat Regency-də oftalmoloq cərrahların iştirakı ilə Retinalab və Aurolab şirkətləri tərəfindən Aurovue VIVID intra okulyar linzarının təqdimatı keçirilmişdir.  Aurovue VIVID linzaları  EDOF un təkmilləşdirilmiş versiyasıdır. Yeni nəsil olan bu linzalar yaxın, orta və uzaq məsafələrdə davamlı fokslu görməni rahatlıqla təmin etmə qabiliyyətinə malikdir. 40 sm məsafədən başlayaraq eynəyə ehtiyac qalmadan xəstə rahatlıqla görə imkanına sahib olur. 

VIVID-in hibrid dizaynı özündə defraktiv və refraktiv eleməntləri cəm edir. Yaxın, orta və uzaq məsafələrdə müəyyən edilimiş bir nöqtələrə fokslanmadığı üçün  məsafələr arası keçid çox rahat və hamar həyata keçir və xəstənin linzaya adaptasiya problemi baş vermir.  Bu məsafələr arası davamlı fokslanma olduğu üçün məsafələr arası qırılma yoxdur. Digər alternativ linzalara nisbətdə yaxın və alaqaranlıq şəraitdə daha yaxşı görmə üstünlüyünə sahibdir.